Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sensasiya: İran Azərbaycanı bu cür şərlədi

Sensasiya: İran Azərbaycanı  bu cür şərlədi

Tarix: 8 Noyabr 2022 07:06

Şiraz şəhərində Şah Çıraq məqbərəsinə hücumla bağlı İran kəşfiyyatı gülünc informasiya yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, İranın Kəşfiyyat Nazirliyi bu teraktla bağlı 26 nəfərin həbs edildiyini açıqlayıb.

"Saxlanılanlar Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır. Əməliyyatın baş koordinatoru Azərbaycan vətəndaşıdır. O, Bakı hava limanından İmam Xomeyni aeroportuna uçub", - məlumatda iddia edilib.

İran kəşfiyyatı əməliyyatın "köməkçi agentinin" "Əbu Bəsir" ləqəbli "Məhəmməd Ramiz Rəşidi" adlı əfqan, məqbərədə atəş açan şəxsin isə "Əbu Aişə" ləqəbli "Sübhan Komruni" adlı Tacikistan vətəndaşı olduğunu bildirib.

"Bu terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan-Rəzəvi əyalətlərində saxlanılıb. Onların bəziləri də ölkənin şərq sərhədlərinə qaçarkən həbs edilib".

Qeyd edək ki, Şah Çıraq məqbərəsindəki terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürsə də, bəzi müşahidəçilər buna şübhə etdiklərini bildirmişdilər. Belə ki, İŞİD-in yaydığı məlumatda tarix səhvləri vardı və iddia edilirdi ki, qurum heç ayın neçə gündən ibarət olmasını belə bilmir. Buna görə də bu teraktın İranın öz içindən, etirazları zorakı üsullarla yatırmağa şans qazanmaq üçün törədildiyi və əhalini çaşdırmağa hesablanan akt olduğu da iddia edilirdi.

Ancaq görünür, İran bu teraktla "hədəflərini" genişləndirmək niyyətindədir. Belə ki, Azərbaycanın adının bu teraktda hallanması, "əsas koordinatorun" Azərbaycan vətəndaşı olması barədə iddia bunu deməyə əsas verir ki, Tehran bu olaydan həm daxili təzyiqi artırmaq, həm də Azərbaycana qarşı sui-istifadə etməyə girişib.

Milli.Az


Etiketlər:  Sensasiya İran Azərbaycanı bu cür şərlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ