Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qida məhsullarının üzərinə bu sözlər yazılmayacaq - TƏLƏBLƏR DƏYİŞİR - VİDEO

Qida məhsullarının üzərinə bu sözlər yazılmayacaq - TƏLƏBLƏR DƏYİŞİR - VİDEO

Tarix: 8 Noyabr 2022 16:52

Qida məhsullarının etiket məlumatları ilə bağlı tələblər dəyişir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, adı, tərkibi, miqdarı, istehsal tarixi, son istifadə tarixi, saxlanma şərtləri, qida dəyəri göstəriciləri qida etiketi hesb olunur. Qida etiketi isə  qida məhsulunun "şəxsiyyət vəsiqəsi" dir.

Bəzi istehsalçılar bizim diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır. Eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar.

AQTA yanında ictimai şuranın üzvü Eyyub Hüseynov hesab edir ki, qida məhsullarını seçərkən etiket məlumatlarının oxunması və işarələrə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu həmçinin yanvarın 1-dən qüvvədə olacaq  "Qida təhlükəsizliyi haqqında" qanunda etiketləmə tələblərinə dair yeni qaydalarda da öz əksini tapıb.

Yeni qanun istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır. Eyni zamanda, yeni qanuna əsasən, qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adların verilməsi ləğv ediləcək.

Yeni tələblərlə hər hansi bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi qanunla qadağan edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qida məhsullarının üzərinə bu sözlər yazılmayacaq TƏLƏBLƏR DƏYİŞİR VİDEO


RƏYLƏR