Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə şamanla evlənmək üçün kral səlahiyyətlərindən imtina etdi

Şahzadə şamanla evlənmək üçün kral səlahiyyətlərindən imtina etdi

Tarix: 9 Noyabr 2022 13:46

Norveç şahzadəsi Marta Luiza Afrika əsilli amerikalı şamanla evlənmək üçün kral ailəsinin tamhüquqlu üzvü kimi səlahiyyətlərindən imtina edib.

Sonxeber.net bildirir ki, bu barədə yerli "Local Norway" məlumat yayıb.

Kral V Haraldın və Kraliça Sonyanın qızı titulu qoruyub saxlasa da, daha rəsmi tədbirlərdə ailəni təmsil edə bilməyəcək. 51 yaşlı norveçli şahzadə rəsmi açıqlamasında "Mənim və nişanlımla bağlı çoxlu sualların yarandığı müddətdən sonra qərara gəldim ki, artıq kral evində rəsmi vəzifələri yerinə yetirməyəcəm" deyib. O, bu qərarı valideynləri ilə məsləhətləşdikdən sonra verdiyini də qeyd edib.

Marta Luizanın nişanlısı, ABŞ vətəndaşı, 48 yaşlı Durek Verrett altıncı nəsil şaman olduğunu iddia edir. O, Los-Ancelesdə yaşayır və guya bir çox Hollivud ulduzlarının, o cümlədən Qvinet Peltrou və Kris Paynın mənəvi müəllimidir. Şahzadənin Verrettlə münasibəti 2019-cu ildə başlayıb. 2022-ci ilin iyun ayında cütlük nişanlandıqlarını elan edib.

Sentyabr ayında aparılan sorğu norveçlilərin 17 faizinin kral ailəsinə münasibətinin daha pis olduğunu göstərib. Respondentlərin demək olar ki, hamısı buna səbəb kimi Marta Luiza ilə Verrettin münasibəti olduğunu bildirib. Şahzadənin nişanı məlum olduqdan sonra bir sıra ictimai və xeyriyyə təşkilatları onun himayəsindən imtina ediblər.

O da məlum olub ki, toydan sonra şahzadənin amerikalı sevgilisi titul almayacaq, amma kral ailəsinin üzvü sayılacaq.

Verrett mübahisəli açıqlamaları ilə Norveçdə mübahisəli bir reputasiya qazanıb. Xüsusilə o, "Spirit Hacking" kitabında "xərçəng insanın öz seçimidir" ifadəsini işlədib. Norveçin ən böyük qəzeti "Dagbladet" Verrettin kitabının məzmununu "dəlinin qeyri-adekvat mırıltısı" sözləri ilə təsvir edib. Bundan əlavə, "şaman"ın saytında ona COVID-19-un öhdəsindən gəlməyə kömək etdiyi güman edilən medalyonun surətini əldə edə bilərsiniz.

Şahzadənin özü də alternativ təbabətə sadiqliyinə görə dəfələrlə tənqid olunub. 2002-ci ildə o, görgüçü olmaq qərarına gəldikdən sonra "Əlahəzrət" fəxri adını itirib.

İrfan Vəliyev


Etiketlər:  Şahzadə şamanla evlənmək üçün kral səlahiyyətlərindən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ