Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 19:52
Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin bildirib.
Qoşunların geri çəkilməsinə Rusiya müdafiə naziri Sergey Şoyqu icazə verib.
"Hesab edirəm ki, Dnepr çayının sağ sahilində qalmaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm", - Surovikin deyib.