Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 08:48
ABŞ-ın 15 ştatında ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeld məlumat verib.
"15 ştatda bizi seçki məntəqələrinə buraxmadılar. Qalan yerlərdə isə məhdudiyyət olmadan monitorinqlər apardıq" - deyə Sederfeld bildirib.
Müşahidə missiyası rəhbərinn sözlərinə görə, ştatlar müşahidəçilərin məntəqələrə buraxılmamasını yerli qanunvericilik əsasında həyata keçiriblər.
Qeyd edək ki, 8 noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçirilib. İlkin nəticələr respublikaçıların irəlidə olduğunu göstərir.