Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mananadan qızıyla bağlı paylaşım - VİDEO

Mananadan qızıyla bağlı paylaşım - VİDEO

Tarix: 12 Noyabr 2022 13:15

Əməkdar artist Manana Çaparidze qızı Elizabetlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, övladıyla birlikdə çəkilən şəkillərini kollaj edərək sosial şəbəkədə yayımlayan sənətçi onun ad günü olduğunu bildirib: 

"Düz 14 il bundan öncə, 10 noyabr saat 10:10-da bizim həyatımıza möcüzəli, mavi gözlü, incə bir körpə gəldi. Onun gəlişi bizim ailəyə xoşbəxtlik, sevgi və sevinc gətirdi... Şükürlər olsun ilahiyə! Elizabet qızım, bizim mələyimiz, doğum günün mübarək olsun! Sən bizim sevincimiz və fəxrimizsən! Səni çox sevirik".

Qeyd edək ki, Manana Georgi adlı şəxslə ailəlidir. Onların David adlı oğlu da var. 

Milli.Az


Etiketlər:  Mananadan qızıyla bağlı paylaşım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ