Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Priqojin bu sərhəddə yeni hərbi strukturlar formalaşdırır

Priqojin bu sərhəddə yeni hərbi strukturlar formalaşdırır

Tarix: 12 Noyabr 2022 13:24

"Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Belqorod və Kursk vilayətlərində yeni hərbi strukturlar formalaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda sərhədyanı ərazilərdə yeni çağırışçılar hazırlanır.

Noyabrın 11-də Priqojin özü belə mərkəzlərin fəaliyyət göstərdiyini təsdiqləyərək bildirdi ki, "Rusiya torpaqlarını müdafiə etməyə tam hazır olmalıdır".

Qərb analitiklərinin iddialarına görə, Priqojinin Belqorod və Kurskda paralel hərbi strukturlar yaratmaq istəyi Rusiyanın ümumi hərbi kampaniyasının yox, məhz onun nüfuzunu və gücünü artırmaq cəhdinin bir hissəsidir:

"Priqojin çox güman ki, Rusiyanın siyasi dairələrində nüfuzunu və mövqeyini genişləndirmək, həmçinin, öz şəxsi ordusunu yaratmaq üçün paralel hərbi strukturlar qurmağa davam edəcək".

Milli.Az


Etiketlər:  Priqojin sərhəddə yeni hərbi strukturlar formalaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ