Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Gimnastikasının 29-cu Konqresi təşkil olunacaq

Avropa Gimnastikasının 29-cu Konqresi təşkil olunacaq

Tarix: 12 Noyabr 2022 16:50

Dekabrın 2-i və 3-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının 29-cu Konqresi təşkil olunacaq.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Sonxeber.net-a verilən məlumata görə, konqres çərçivəsində qurumun rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutacaq.

AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə "TeamGym" idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.

Məlumat üçün bildirək ki, AGF yarandığı dövrdən müvafiq Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-nin idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçilib.


Etiketlər:  Avropa Gimnastikasının Konqresi təşkil olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ