Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Tarix: 13 Noyabr 2022 19:45

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Əziz Qardaşım,

İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


RƏYLƏR