Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Tarix: 13 Noyabr 2022 20:03

13 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a daxil olan məlumata görə, Nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.


Etiketlər:  Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub


RƏYLƏR