Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

Tarix: 13 Noyabr 2022 21:34

Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov sabah palataya köçürülə və hətta evə buraxıla bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Karpovun köməkçisi deyib.

O bildirib ki, 71 yaşlı keçmiş çempion artıq özünü yaxşı hiss edir, huşu özündədir.

Qeyd edək ki, 31 oktyabrda Anatoli Karpov beyin travması və çanaq sümüyünün sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Onun yıxılaraq ağır xəsarət aldığı bildirilirdi.

A.Karpov 1975-ci ildə şahmat üzrə dünya çempionu olub və bu titulu 1985-ci ilə qədər daşıyıb.

2011-ci ildə Vahid Rusiya Partiyasından Dövlət Dumasına deputat seçilib. Karpov Dövlət Dumasının Milli məsələlər komitəsinin üzvüdür.


Etiketlər:  Reanimasiyaya yerləşdirilən Karpovun durumu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ