Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2022 23:14
Xəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü suiti tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib.
Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır.
Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.