Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monako şahzadəsinin keçmiş sevgilisi öldürülüb - FOTO

Monako şahzadəsinin keçmiş sevgilisi öldürülüb - FOTO

Tarix: 14 Noyabr 2022 19:26

Dominikan Respublikasında Monako şahzadəsi Stefaninin keçmiş sevgilisi Mario Oliver Cutara quldurluq zamanı öldürülüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 71 yaşlı Marionun cəsədi villasında tapılıb. Bildirilib ki, Oliver qarət edilib, oğrular evdə olan dəyərli əşyaları götürüb, daha sonra isə onu öldürüblər. Polisin məlumatına görə, ölümə səbəb kəllə-beyin travması və boğulma olub.

Mario Oliver Los-Ancelesə köçməzdən əvvəl Parisdə modellik edib,bir neçə gecə klubunun sahibi olub. Özündən 13 yaş kiçik Monako şahzadəsi Stefani ilə tanış olub və eşq yaşayıb. Monako şahzadəsi III Rainierin kiçik qızı və Hollivud kino ulduzu Qreys Kelli o zaman Avropanın əsas pop ulduzu idi.

Stefaniya və Mario 1980-ci illərin ən məşhur cütlüyü olub. Lakin sonradan yollarını ayırıblar.

Milli.Az


Etiketlər:  Monako şahzadəsinin keçmiş sevgilisi öldürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ