Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaurun 3 ilə tapmadığı qızı Xoşqədəm 3 aya tapdı - VİDEO

Zaurun 3 ilə tapmadığı qızı Xoşqədəm 3 aya tapdı - VİDEO

Tarix: 15 Noyabr 2022 18:05

"ARB" televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində 33 ildir qızını axtaran ana övladını tapıb.

Milli.Az bildirir ki, manset.az-ın məlumatına görə, verilişin aparıcısı, məşhur jurnalist Xoşqədəm Hidayət qızı Elmira İbrahimovaya qızının tapıldığını bildirib. Xəbəri eşidən qadın hislərinə hakim ola bilməyib. Verilişdə duyğusal anlar yaşanıb. Xoşqədəm Hidayətqızı axtardığı E.İbrahimovanın qızı Yeganəni 3 ay sonra sonra tapıb.

Qeyd edək ki, Elmira İbrahimova "Səni Axtarıram"dan öncə Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinə müraciət etmişdi. Zaur Baxşəliyev 3 il müddətinə onun övladını tapa bilməmişdi. Sonradan Elmira İbrahimova Zaur Baxşəliyevin verilişində ona övladı ilə bağlı yalan məlumat verildiyini, onun üzərində reytinq üçün şou qurulduğunu bildirmişdi.

Milli.Az


Etiketlər:  Zaurun 3 ilə tapmadığı qızı Xoşqədəm 3 aya tapdı VİDEO


RƏYLƏR