Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kosmosda yadplanetlilərlə təmas qurulacaq”

“Kosmosda yadplanetlilərlə təmas qurulacaq”

Tarix: 15 Noyabr 2022 18:50

"Tesla"nın baş direktoru və "Twitter"in yeni sahibi İlon Mask G20 sammiti çərçivəsində keçirilən konfransda videobağlantı vasitəsilə çıxış edərək gələcəyə dair fikirlərini təqdim edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, amerikalı milyarder gələcəklə bağlı açıqlamalar verib.

Sahibkarın sözlərinə görə, o, gələcəkdə yerin dərinliklərində qazılmış tunellərdən istifadə etməklə tıxaclara qarşı mübarizənin reallaşacağını, raketlə Yer kürəsi ətrafında bir saatdan az vaxta dövrə vurulacağını və kosmosda yadplanetlilərlə təmas qurulacağını bəyan edib.

"Ola bilsin ki, biz orada milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq", - deyə milyarder bildirib.

Maskın sözlərinə görə, tıxacla mübarizə aparmaq üçün uçan avtomobillərdənsə, yeraltı tunellər yaxşıdır: "Çünki belə olarsa, avtomobillər başınıza düşməyəcək".

Milli.Az


Etiketlər:  Kosmosda yadplanetlilərlə təmas qurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ