Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi yeməyi yandırdığına görə arvadı tərəfindən öldürüldü

Kişi yeməyi yandırdığına görə arvadı tərəfindən öldürüldü

Tarix: 15 Noyabr 2022 20:42

Rusiyada, Altay vilayətində 42 yaşlı yerli sakin ərini öldürməkdə təqsirli bilinərək mühakimə olunacaq. Münaqişə zamanı o, ərini əvvəlcə tava ilə vurub, daha sonra ona bir neçə bıçaq xəsarəti yetirib.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, avqustun 22-də Mamontovski rayonunda ər-arvad sərxoş vəziyyətdə yanmış yemək üstündə mübahisə ediblər. Kişinin vaxtında qazanı sobadan götürməməsi evdə yanıq iyinin yaranmasına səbəb olub. Şifahi münaqişə davaya çevrilib, bu zaman arvad əvvəlcə ərinin başına tava ilə, sonra isə bıçaqla həyati orqanlarının nahiyəsinə bir neçə dəfə zərbə endirib. 38 yaşlı kişi aldığı xəsarətlərdən evin həyətində ölüb.

Qadın günahını etiraf edib. İş məhkəməyə göndərilib.

İrfan Vəliyev


Etiketlər:  Kişi yeməyi yandırdığına görə arvadı tərəfindən öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ