Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 22:08
Taxıl müqaviləsinin uzadılmasının mümkünlüyü ilə bağlı qərarı Rusiya hökuməti onun bitmə tarixinə, noyabrın 19-na kimi qəbul edəcək. Rusiya etibarlı qida tədarükçüsüdür və buna görə də ərzaq bazarında məhdudiyyətlərə qarşıdır.
Bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko məlumat verib.
"Ayın 19-da bizim sövdələşməmiz başa çatır, bu tarixə qədər qərar veriləcək. Rusiya etibarlı təchizatçıdır, ona görə də biz məhdudiyyətin olmamasının tərəfdarıyıq", - deyə o bildirib.