Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 16:20
Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənovun adından dələduzluq edilib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl "Instagram" hesabında "giveway" keçirən bloqerin adından istifadə edən dələduzlar Həsənovun izləyicilərinə yarışda "İphone 14" smartfon qazandıqları ilə bağlı mesajlar yollayıblar.
Hüseyn həmin mesajlarını sosial şəbəkə səhifəsində paylaşaraq izləyicilərinə xəbərdarlıq edib.
"Qalib qələn izləyicilərimə yalnız "mavi tık"la təsdiqlənmiş 23 milyonluq rəsmi hesabımdan yazacağam", - deyə bloqer yazıb.
Qeyd edək ki, hazırda Dubayda olan Hüseyn Həsənov 23 milyon izləyicisi arasında "giveway" yarışı keçirib.
Bloqer yalnız 14 izləyicisinə "İphone 14" markalı telefon hədiyyə verəcəyini açıqlayıb.