Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda zəncirvari qəza; ölən və yaralanan var

İranda zəncirvari qəza; ölən və yaralanan var

Tarix: 6 Oktyabr 2019 10:03

Bakı. Elnur Bağışov - Trend:

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.

P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.

Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub.

Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda zəncirvari qəza ölən yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ