Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

Tarix: 18 Noyabr 2022 20:04

İran Fransa istehsalı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu İranın Sənaye, Mədən və Ticarət və Nazirliyi məlumat verib.

Bildirilib ki, İran hökuməti Fransa avtomobil istehsalçılarına davranışlarına görə sanksiyalar tətbiq edib və onların İran avtomobil sənayesi və bazarına təzyiq göstərmək üçün sanksiyalardan istifadə etmələrinə icazə verməyəcək.

Qeyd olunub ki, ötən illərdə fransızların qeyri-peşəkar davranışlarına görə İran artıq "Renault", "Peugeot", "Citroen" və digər fransız avtomobil istehsalçılarının qeydiyyatına və idxalına icazə verməyəcək.


Etiketlər:  İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub


RƏYLƏR