Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırovun dəstələri işğal altındakı Donbasda ağalıq edir

Kadırovun dəstələri işğal altındakı Donbasda ağalıq edir

Tarix: 19 Noyabr 2022 08:33

Çeçenistan rəhbəri Ramzan Kadırov Donbassın işğal olunmuş ərazilərində hakim mövqelərə sahib olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.

"Gələn məlumatlara görə, Luqanskda Kadırova sadiq prokuror, Dağıstandan olan Qleb Mixaylov təyin olunub. Onun vəzifəsi bölgədə yerli insanlara qarşı repressiyalardan əlavə, kadırovçuların cinayətlərini qanuniləşdirmək olacaq",-deyə xəbərdə qeyd olunur.

Son məlumatlara əsasən, kadırovçular özlərini bölgənin əsl sahibləri kimi aparırlar. Yerli vilayətlərin Rusiyaya satılmış nümayəndələri isə şəxsən Ramzan Kadırova hesabat verirlər. Çeçenistanın informasiya naziri Axmet Dudayev, Çeçenistan parlamentinin deputatı Camalay Zakriyev və Kadırovun müşaviri Umar Daudovun tez-tez Donetsk və Luqansk vilayətlərinə baş çəkdikləri və burada göstərişlər verdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Kadırovun dəstələri işğal altındakı Donbasda ağalıq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ