Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda axund yol qəzasında ölüb

Lənkəranda axund yol qəzasında ölüb

Tarix: 19 Noyabr 2022 21:44

Lənkəran rayonunun Mamusta kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran rayon Daşdaleğjar kənd sakini Şafiq Abbasov idarə etdiyi "Muravey" markalı motosikletlə kənd ərazisində hərəkətdə olarkən piyada 47 yaşlı Əkrəm Hüseynovu vurub.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan  Əkrəm Hüseynov xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən Şafiq Abbasov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.


Etiketlər:  Lənkəranda axund qəzasında ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ