Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 07:21
Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qara ciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır.
Etiologiyası: Sarı qızdırmanın törədiciləri Flavirus cinsinə,Toqaviridae ailəsinə aid viruslardır. Xəstəliyi ağcaqanadlar yayır. Ağcaqanadlar virusa meymunlardan, gəmiricilərdən, kirpilərdən yoluxurlar. Ağcaqanadın bədənində virus 8-12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insanlardır, xəstəlik epidemiya şəklində yayılır. İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir.
Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qara ciyəri, böyrəkləri, baş beyini zədələyir. Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir.
Klinikası: Xəstəliyin inkubasiya dövrü 10 günə qədərdir. Sonra güclü üşütmə və dərhal qızdırma olur. Qızdırma 40 dərəcəyə qədər yüksəlir, xəstədə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər. Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar olur.
DİAQNOZU: Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir.
MÜALİCƏSİ: Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatic tədbirlər görülür. Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə reyvənd aparılır.