Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada MÜHARİBƏ PLANI: bu ölkənin qəfil hücumu DAĞIDICI OLA BİLƏR

Almaniyada MÜHARİBƏ PLANI: bu ölkənin qəfil hücumu DAĞIDICI OLA BİLƏR

Tarix: 20 Noyabr 2022 22:52

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn konfidensial sənəd imzalayıb, ona əsasən Bundesver tam miqyaslı "hərbi müdafiə və əməliyyat təlimi" keçirməyə hazırlaşır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, söhbət Rusiya ilə birbaşa hərbi toqquşmaya hazırlaşmaqdan gedir.

Zornun sözlərinə görə, Rusiya Federasiyası Almaniya üçün təhdiddir və buna görə də Berlindən müharibə başlayacağı təqdirdə plan hazırlaması tələb olunur.

"Almaniyaya hücum potensial olaraq xəbərdarlıq edilmədən baş verə bilər və böyük, bəlkə də dağıdıcı nəticələrə səbəb ola bilər. Biz əminik ki, təlim keçmiş və hadisələrin hər cür inkişafına hazır olan Almaniya Silahlı Qüvvələri Rusiya üçün çəkindirici rol oynayacaq", - Zorn bildirib.

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Moskvanın "aqressiv planları"na dair heç bir sübutla öz ehtimallarını təsdiq edə bilməyib.


Etiketlər:  Almaniyada MÜHARİBƏ PLANI ölkənin qəfil hücumu DAĞIDICI BİLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ