Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 23:32
“Qarabağ”ın hücumçusu Maqaye Qeye Premyer Liqanın 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl 7-ci dəfə qalib gəldiniz. Çempionat darıxıdırıcı deyil?
- Xeyr, deməzdim ki, darıxdırıcı və bezdiricidir. Rəqiblər “Qarabağ”a qarşı oyunlara fərqli əhval-ruhiyyədə çıxır. Çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq.
- Düşünürsən ki, “Qarabağ” bu mövsüm asanlıqla çempion olacaq?
- Belə düşünmürük. Özünü məcbur etməsən, istəyinə nail ola bilmərsən. Əgər büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər.
- Çempionatda neçə qol vurmağı hədəf qoymusan?
- Xüsusi hədəfim yoxdur. Daha çox komandaya kömək etməyə çalışıram. Qol vururamsa, daha da yaxşı haldır. Hədəfim gördüyüm işlə komandaya kömək etməkdir.
- Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Düdelanj”a qalib gəldiyiniz oyunda baş verən təxribatla bağlı fikirlərini bilmək istərdik.
- Bu, axmaqlıqdır. Nə deyim? Belə şeylər qəbuledilməzdir.