Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyerin DÇ-2022-dəki FAVORİTLƏRİ

Noyerin DÇ-2022-dəki FAVORİTLƏRİ

Tarix: 21 Noyabr 2022 13:32

Almaniya yığmasının kapitanı Manuel Noyer Qətərdə keçirilən dünya çempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 36 yaşlı qapıçı DÇ-2022-dəki favoritlərini açıqlayıb.

O, Cənubi Amerika təmsilçilərini titulu qazanmağa daha şanslı sayıb: "Argentina və Braziliya kimi Cənubi Amerika komandaları hazırda əla formadadırlar. Ona görə də mənim üçün onlar titul üçün əsas favoritlərdir".

Qeyd edək ki, Almaniya yığması E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Noyerin 2022 dəki FAVORİTLƏRİ


RƏYLƏR