Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 14:36
Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, iddialar həqiqəti əks etdirmir.
Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.
71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.