Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 17:55
Bəstəkar-müğənni Ramal İsrafilov zaman-zaman səhnədən soyuduğunu bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Günün sədası" verilişinə qonaq olarkən danışıb.
Ramal bir çox insanların onun haqqqında mənfi fikirlər formalaşdırdığını da qeyd edib:
"Mənim haqqımda çox mənfi rəylər yayırlar, tənbəldir, yatır gəlmir... Aparıcılar hərdən məni təqdim edəndə deyir, tənbəl, çox yatan, belə, elə... Aparıcıya dedim ki, gəlmişəm verlişinə? Deyir, hə. Dedim, bəs onda niyə deyirsən o sözü? Söz eşidəndə insan küsür. Küsəndə də zaman keçir, pianoya yaxın dura bilmirəm, səhnəyə çıxmağa həvəsim olmur. Bu da o deməkdir ki, insan səhnədən soyuyur. Qətiyyən küsmək olmaz. Artıq söz vermişəm ki, daha möhkəm olacam".