Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Akopcanyan: Əliyev həqiqəti dedi, Kreml narahat oldu

Akopcanyan: Əliyev həqiqəti dedi, Kreml narahat oldu

Tarix: 22 Noyabr 2022 08:06

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı və əslində Rusiyanı çaşğınlığa salan bəyanatla çıxış etdi. Avropa Birliyinin xüsusi elçisi ilə görüş zamanı Əliyev "Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, lakin Vardanyan kimi Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurlanan milyardlarla pulu olan insanlarla danışmaq fikrimiz yoxdur" dedi. Elə həmin gün Putin Əliyevə zəng etdi...

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.

"Aydındır ki, Kremlin bu zəng ilə bağlı rəsmi açıqlamada söhbətin nə barədə aparıldığı qeyd olunmayıb. Əslində Putin Əliyevin bu sözlərindən narahat olduğunu bildirib. Amma elə Putinin özü də əla bilir ki, Əliyevin Vardanyanla bağlı dedikləri həqiqətdir. Bunu elə Ermənistanda da yaxşı bilirlər. Ona görə də telefon söhbəti qısa olub. Azərbaycan lideri Putinə də o sözləri təkrar edib. Bakı artıq Xankəndini öz nəzarəti altında, orada yaşayan erməniləri isə Azərbaycan vətəndaşı kimi görür. Əliyev 2025-ci ildə bu ərazilərdə olan rus sülməramlıların çıxarılmasını da israrla hər tribunada yada salır. Artıq Ermənistanda da bunu anlayırlar. Ona görə heç kimdə bu məsələ sual doğurmur", - deyə o qeyd edib.


Etiketlər:  Akopcanyan Əliyev həqiqəti dedi Kreml narahat oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ