Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 08:40
Əməkdar artist Əkbər Əlizadə onu pərt edən müğənni, Əməkdar artist Rühəngiz Musəvidən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, aparıcı-aktyor qonaq olduğu "7 canlı" axşam şousunda illər əvvəl müğənninin qarşı tərəfi başqa adla səhnəyə çağırmasının heyifini aldığını söyləyib.
"Ən acığıma gələn məsələ Əkbər yerinə Ələkbər deyəsən. Ələkbər gözəl addır. Görmüşük ki, adı qısaldarlar. Mənim adımı isə nədənsə, uzadıb, çox zaman Ələkbər deyirlər.
Bir dəfə Rühəngiz Musəvi çıxdı səhnəyə adımın Əkbər olduğunu bilə-bilə mənə "Çox sağol, təşəkkür edirəm. Gözəl aparıcımız Ələkbər", dedi. İlan ilindənəm, kinliliyim var. Yadımda saxladım. Rühəngiz Musəvi ifasını təqdim edib, səhnədən enəndən sonra söylədim ki, "Təşəkkür edirəm. Qarşınızda Firəngiz Musəvi idi"", - deyə Əkbər bildirib.