Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozdu

Tarix: 22 Noyabr 2022 21:52

İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni pozub.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.Təcrübəli hücumçu 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.

Milli.Az


Etiketlər:  Mançester Yunayted Kriştianu Ronaldu ilə müqaviləni pozdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ