Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 15:35
İstanbulda baş verən zəlzələ zamanı müğənni Ayan Babakişiyeva evində yaşananlarla bağlı video paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, mənzilində quraşdırdığı videomüşahidə kamerasının çəkdiyi görüntüləri sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
A.Babakişiyeva yayımladığı kadrları bu cür şərh edib:
"Bu da İstanbuldakı hiss olunan zəlzələ. Evin kamerasına baxdım. Önəmli olan cana zərər gəlməsin. Hər gün bir həyəcanla oyanırıq. Sanki dünya artıq insanlardan bezib. O qədər pislik, vicdansızlıqlar olur ki..."