Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 16:48
Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da dərinləşməsi və geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.
"Biz bu gün növbəti illər üçün bir sözlə bir gündəlik tərtib etdik. Prezidentlər bu gündəliyi, əlbəttə ki, öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcək. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün, əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə ki, mən də yenidən gələcəyəm ", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı yenidən Serbiyada olmağından məmnunluğunu ifadə edərək deyib: "Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq".