Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Klubsuz yeganə futbolçu

DÇ-2022: Klubsuz yeganə futbolçu

Tarix: 23 Noyabr 2022 18:48

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatı iştirakçıları arasında klubu olmayan yeganə futbolçudur.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb 37 yaşlı superulduzun "Mançester Yunayted"dən ayrılmasıdır.

Turnirə "qırmızı şeytanlar"ın üzvü kimi yollanan forvardın müqaviləsinə dünən xitam verilib və o, hazırda azad agent statusu daşıyır. Hazırda bir neçə klubla danışıq aparan Ronaldunun menecerinin "Çelsi" ilə anlaşmaq ehtimalı daha yüksək qiymətləndirilir. 

Qeyd edək ki, Kriştianu Ronaldunun liderlik etdiyi Portuqaliya yığması DÇ-2022-də Uruqvay, Qana və Cənubi Koreya ilə eyni qrupda yer alıb.

Milli.Az


Etiketlər:  2022 Klubsuz yeganə futbolçu


RƏYLƏR