Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

86 yaşlı qadından ŞOK ƏMƏL: serebral iflic olan 52 yaşlı qızını öldürdü - SƏBƏB

86 yaşlı qadından ŞOK ƏMƏL: serebral iflic olan 52 yaşlı qızını öldürdü - SƏBƏB

Tarix: 24 Noyabr 2022 06:32

86 yaşlı moskvalı "başındakı səslərə" görə serebral iflic olan 52 yaşlı qızını öldürüb.

Sonxeber.net bildirir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Mövcud məlumata görə, hadisə bazar ertəsi, noyabrın 21-də baş verib. Yaşlı qadın qızının boynundan və döş qəfəsindən azı 15 bıçaq zərbəsi vurub. Zərərçəkən müqavimət göstərmək istəsə də, qaça bilməyib, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqaüdçü qurbanı ilə üç otaqlı mənzildə yaşayıb. Ehtimal olunub ki, yaşlı moskvalı "başında səslər eşidib", fikri çaşıb və qızına hücum edib. Mənzildə olan meyiti təqaüdçünün ikinci qızının 62 yaşlı əri aşkar edib. Qətlin dəqiq şəraiti və səbəbləri müəyyən edilməkdədir.

İrfan Vəliyev


Etiketlər:  yaşlı qadından ŞOK ƏMƏL serebral iflic olan yaşlı qızını öldürdü SƏBƏB


RƏYLƏR