Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 08:50
Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Ukrayna infrastrukturunun atəşə tutulmasını "insanlığa qarşı cinayət" adlandırıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində bildirib.
O, həmçinin BMT Təhlükəsizlik Şurasının üzvlərini Rusiyanın "enerji terroru"nun istənilən formasını pisləyən qətnamə qəbul etməyə çağırıb.
"Rusiya nəyə nail olmaq istəyir? Havanın temperaturu sıfırın altındadır, milyonlarla insanın işığı, suyu, qidası yoxdur. Bu, bəşəriyyətə qarşı aşkar cinayətdir", - o deyib.
Həmçinin, Zelenskinin sözlərinə görə, Rusiya Federasiyası Ukraynaya qarşı təcavüzü ilə bağlı səsvermədə iştirak etməməlidir.
"Terrorçu dövlət öz təcavüzü, terroru ilə bağlı heç bir səsvermədə iştirak edə bilməz, bu, dalana dirənişdir", - Prezident bildirib.