Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 11:09
Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb".