Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 07:16
"Heyətimizdə Niderlanddakı kimi ulduz futbolçular yoxdur, lakin biz kifayət qədər cəsarətliyik və mübarizə aparmağı bacarırıq. Komanda əla fiziki formadadır. Bu gün çox ciddi rəqibə qarşı açıq oyun nümayiş etdirdik.1/8 final? Pley-offa yüksələ bilərik, ya da qrupda üçüncü yeri tuta bilərik. Bu, çalışdırdığım gözəl oyunçular haqqında fikrimi dəyişməyəcək".
Bu sözləri Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Niderlandla heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib.
"Valensiya kimi möhtəşəm liderimiz var, amma komandanın digər oyunçuları gəncdirlər və mundial təcrübələri yoxdur. Bu görüşə özünəinamla hazırlaşmışdıq" - deyə o bildirib.
Mütəxəssis futbolçuları ilə qürur duyduğunu vurğulayıb: "Oyunçularıma Niderlanda hörmət etdiyimizi, ancaq matçın 90 dəqiqəlik mübarizə olduğunu söylədim. Futbolçular paltardəyişmə otağında ilk hissədə heç-heçə layiq olduqlarını və bunu meydanda da göstərmək istədiklərini dedilər. İkinci hissəyə bu düşüncə ilə çıxdıq".