Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 08:24
Avropa İttifaqı qadın zorakılığına qarşı "Dünyanı narıncıya boya" kampaniyasına start verir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, komissiyasının sədri Ursula von der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsola zorakılığa qarşı birgə kampaniya başladıblar.
Belə ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində dekabrın 10-u İnsan Hüquqları Gününə qədər 16 günlük kampaniyanın əsasını qoyub.
Bu çərçivədə BMT-nin "Dünyanı narıncıya boya" çağırışına cavab verən fərdlər və qurumlar işığı və ümidi simvolizə edən narıncı rəngdən istifadə edərək, zorakılıq probleminə qarşı maarifləndirmə işləri aparacaq.
187 ölkədən 6000 təşkilatın iştirak etdiyi kampaniyanın mövzusu qadın hüquqları və qadınlara qarşı zorakılığa qarşı "birləşmə" elan edilib.