Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın ''mövqeyi'' yayıldı - Əliyev artıq cavabını verib...

Fransanın ''mövqeyi'' yayıldı - Əliyev artıq  cavabını verib...

Tarix: 26 Noyabr 2022 08:39

Fransa Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqları dəstəkləməyə sadiqdir.

Bu sözləri Fransa XİN rəsmisi birifinqdə RİA əməkdaşının "Fransa - Prezident Emmanuel Makronun iştirakı ilə Əliyev və Paşinyan arasında görüş variantları təklif etmək niyyətindədirmi?" sualına cavabında deyib.

"Fransa Brüssel, Praqa və Vaşinqtonda keçirilən görüşlərdən sonra davam edən danışıqları dəstəkləməyə tam sadiqdir", - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bugünkü açıqlamasında 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşün keçirilməyəcəyini bildirib. Buna səbəb kimi isə Ermənistan tərəfinin görüşdə Fransa lideri Makronun da iştirak tələbini irəli sürməsini göstərib. Azərbaycan Fransanın qeyri-kosntruktiv, ermənipərəst mövqe tutması, Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbulu və Praqa görüşündən sonra Makronun Azərbaycan əleyhinə əsassız, şər və böhtan dolu ittihamlarını və s. nəzərə alaraq, Makronun danışıqlarda iştirakını mümkünsüz hesab etdiyini bir daha elan edib.


Etiketlər:  Fransanın mövqeyi yayıldı Əliyev artıq cavabını verib


RƏYLƏR