Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 09:32
Avstraliyada 15 914 "Tesla" avtomobili geri çağırılır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, səbəbi "Tesla Model 3" və "Model Y"modellərinin arxa fənərlərinin nasazlığıdır. Bildirilir ki, sözügedən problem ciddi xəsarət və ya ölümlə nəticələnən qəza riskini artıra bilər.
"Proqram xətası səbəbindən bir və ya hər iki tərəfdəki arxa fənərlər düzgün yanmaya bilər", - agentlik bildirib.
Bu, şirkət üçün cəmi iki həftə ərzində ikinci, bu ay isə üçüncü geri çağırışdır.