Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 16:54
Sonxeber.net matc.az-a istinadən bildirir ki, "Çelsi"nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel Kriştianu Ronaldunun "Mançester Yunayted"dən ayrılması ilə bağlı danışıb.
"Heç vaxt Ronaldunun fanatı olmamışam. Futbolçunun bu qədər eqoist olmasını anlamıram. O, heç vaxt mənim sevimli oyunçularımdan biri olmayıb, ona görə də həmişə Messini seçirəm" - deyə, Mikel bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" 37 yaşlı Ronaldu ilə müqaviləyə xitam verib. Portuqaliyalı bu mövsüm keçirdiyi 16 oyunda 3 qol vurub.