Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Olimpiya Kompleksində qətl törədən şəxs tanınmış məşqçinin oğludur

Olimpiya Kompleksində qətl törədən şəxs  tanınmış məşqçinin oğludur

Tarix: 26 Noyabr 2022 20:32

Xəbər verdiyimiz kimi, bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Hadisə Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş verib.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.(

Milli.Az


Etiketlər:  Olimpiya Kompleksində qətl törədən şəxs tanınmış məşqçinin oğludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ