Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 20:45
Axşam yeməyi insan orqanizminə ən mənfi təsir edən qida vaxtıdır.
Bakupost.az xəbər verir ki, dietoloq Nataliya Kruqlova axşam naharı üçün sağlıq baxımından ideal saatı açıqlayıb.
"Axşam yeməyi yatmazdan 3 saat əvvəldən bitməlidir. Əgər siz ciddi pəhrizdə deyilsizsə, xroniki xəstəliyiniz yoxdursa, saat 6-da yeyib bitirməyiniz vacib deyil.
Yatmağa saat 11-12 də gedirsizsə, deməli, 8-də də axşam yeməyi yeyə bilərsiz.
Axşama yağlı, qızarmış yeməklər yeməyin. Bir boşqab tərəvəz salatı və ya sobada bişmiş tərəvəzlər, yağsız kəsmik, qatıq, pendir, göyərti, bir ədəd yumurta yeyə bilərsiz.
Ət yalnız yağsız balıq və ya toyuq filesi ola bilər.
Axşam yeməyini tərk etmək olmaz. Yatmazdan əvvəl şirniyyatla çay, meyvə yeməyin".