Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 05:30
Saatlıda 5 min nəfərə yaxın əhalinin yaşadığı kəndin sakinləri əkin sahələrini suvara bilmirlər.
Hələ bu azmış kimi, sakinlər qeyd edirlər ki, onlar artıq içməli suyu da pulla alırlar. Çünkü qazılmış artezian quyulardan su çıxmır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıq olan Saatlının Şirinbəyli kənd sakinləri öz pay torpaqlarınından istifadə edə bilmirlər.
Çünkü sahələri suvarmaq üçün su olmadığından xərc çəkib əkmək onlara sərf etmir.
Sakinlər qeyd edirlər ki, kəndin bir hissəsinə ümumiyyətlə su gəlmir.
Saatlı Suvarma Sistemləri İdarəsinin Şirinbəyli kənd ərazsisi üzrə Sudan istifadə birliyinin sədri Vəkil Osmanov şifahi olaraq bildirib ki, mövcud vəziyyətinin əsas səbəbləri rayona daxil olan suyun azlığı və 26-lar kanalının bir neçə kəndin ərazisindən keçməsidir. Çünkü hazırda payızlıq əkinlərin suvarma mövsümü olduğundan suya təlabat artıb.
Saatlı Suvarma Sistemləri İdarəsindən isə bildirlib ki, mövcud problem onları da narahat edir. Problemin başlıca səbəbi Araz çayında suyun illik normadan aşağı olmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: