Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 21:25
Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru İbrahim Çingiz yenu döyməsini nümayiş etdirib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi boynundan kürəyinin ortasına kimi alt-alta üçbucaq formalı döymələr etdirib.
Yeni döyməsinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən İbrahim "Dayanmıram, dayanmaq da istəmirəm və dayanmayacağam. Arzusunda olduğum döymələri artıq bədəninə döydürdüm" şərhini yazıb.
Qeyd edək ki, İ.Çingizin bədənində çox saylı döymələri var.
Aktyor Əməkdar artist Çingiz Əhmədovun oğludur. Həmkarı Aydan Axundzadə ilə evli olan İbrahim bir neçə aydan sonra qız atası olacaq.