Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 14:45
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.
Sonxeber.net bildirir ki, konsertdə məşhur piano ifaçısı Roberta Pandolfi (İtaliya) və beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli çıxış ediblər.
Gecədə Sergey Prokofyevin Piano və orkestr üçün 5 nömrəli konserti G-dur, op.55 (Bakıda ilk ifa), Pietro Maskanyinin "Kənd namusu" operasından İntermetso, Cakomo Puççinin "Turandot" operasından "Liunun ariyası", "Canni Skikki" operasından "Laurettanın ariyası", "Bohema" operasından "Müzettanın ariyası", Ottorino Respiginin "Pini do Roma" simfonik poemasısəsləndirilmişdir.
İtaliyalı pianoçu Roberta Pandolfini görkəmli bəstəkar Vasif Adıgözəlovun "24 prelüd" silsiləsindən 1 nömrəli prelüdü ifa etməsi dinləyicilərə xoş təəssuratlar bəxş etmişdir.
Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.