Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 16:00
Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın müalicəsi üçün "Rufo Gəncinski" ləqəbli "qanuni oğru" Ülfət Tağıyevin ona 10 min dollar göndərdiyi məlum olub.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı T.Əliyeva ilə əlaqə saxlayıb. Aktrisa açıqlamasında "qanuni oğru" Ülfət Tağıyevin 10 min dollar göndərməsi xəbərinə bu cür münasibət bildirib.
"Pərvin Abıyeva ilə "TikTok"da canlı yayımda idik. Pərvin söylədi ki, bizim tanımadığımız bir şəxs ona bildirib ki, müalicəm üçün "Rufo Gəncinski" ləqəbli "qanuni oğru" Ülfət Tağıyev 10 min dollar pul göndərəcək. Mən də Ülfət bəyə həm "TikTok"da, həm də sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm. Amma hələ ki, deyilən 10 min dollar kartıma oturmayıb. Düşünürəm ki, yaxın saatlarda məbləğ vəsaitimə köçürüləcək", - deyə T.Əliyeva bildirib.
Qeyd edək ki, xərçənglə mübarizə aparan Tünzalə Əliyeva müsahibəsində "TikTok" sosial şəbəkədə açdığı canlı yayımlardan 13500 manat pul topladığını bildirib.