Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kremlin Vardanyanı separatçıların başına gətirməsimin səbəbi

“Kremlin Vardanyanı separatçıların başına gətirməsimin səbəbi

Tarix: 28 Noyabr 2022 16:20

"Azərbaycan ərazisinin təxminən altıda birini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları artıq təsdiqini tapır. Deməli, Kreml nə vaxtsa həmin separatçı "müdafiə ordusu"nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Bəs görəsən, bu, hansı məqamda baş verə bilər?

Milli.Az xəbər verri ki, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib.

"Bəli, Rusiya "sülhməramlıları" adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda  bəhs edilən Azərbaycan ərazisinin  Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma "dağlıq Qarabağ respublikası" kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhqid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və həmçinin, silahlandırmanı da kənara qoyaq, yada salaq ki, həmin bədnam 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın "sülhməramlı"larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir..." 

Ərəstun Oruclu Putin rejiminin Qarabağdakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin əsl hədəflərindən bəhs edib.

"Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan  və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və məqsəd, dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdən ibarətdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutulubdur. Bu, birmənalıdır..."-deyə siyasi analitik vurğulayıb.

Milli.Az


Etiketlər:  Kremlin Vardanyanı separatçıların başına gətirməsimin səbəbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ