Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 20:58
Ekvadorda dünyanın ən böyük və ən aktiv vulkanlarından biri olan Kotopaxi püskürməyə başlayıb. Sosial şəbəkələrdə onun oyanmasının görüntüləri yayılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, püskürmənin pik həddi yaxın vaxtlarda baş verməlidir.
Kotopaxi Yer kürəsinin ən aktiv vulkanlarından biri hesab olunur və 1738-ci ildən bəri 50 dəfədən çox püskürüb. 1877-ci ildəki püskürmədən sonra təxminən 140 il sakitləşib.
2015-ci ildə püskürmə zamanı kül sütunlarının hündürlüyü müxtəlif hesablamalara görə, 5-8 km-ə çatıb.